18 sentyabr- Milli Musiqi Günü...

26 Sentyabr-26 Sentyabr, 2023

Keçirilmiş

18 sentyabr - bu əlamətdar tarix Azərbaycan Milli İncəsənət Muzeyində təntənəli tədbir mərasimi ilə qeyd olundu. 26 sentyabr tarixində muzeyimiz bütün musiqisevərləri bir araya toplayaraq Bülbül adına orta ixtisas musiqi məktəbinin konsert proqramını tamaşaçılara təqdim etdi.

Tədbirin açılış mərasimində muzeyin direktor müavini Xədicə Əsədova qonaqları salamlayaraq Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Həmçinin,  milli və müasir musiqimizin  rövnəqləşməsində dahi bəstəkar Ü.Hacıbəylinin rolunu vurğulayaraq tədbiri açıq elan etdi. Üzeyir Hacıbəylinin “Sevgili canan” bəstəsi ilə başlayan musiqili konsertdə istedadlı və gənc musiqiçilərin ifasında  A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti, K. Debüsiinin “Serenada”, P. Çaykovskinin “Noktürün”, S. Raxmaninovun “Romance”, F. Şopenin “Etüd” və R.Riveranın “Vals” kimi məşhur əsərlərdən maraqlı parçalar səsləndirildi.

Proqramın sonunda muzey bələdçisi tədbir qonaqlarını Ümummillider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi çərçivəsində nümayiş olunan Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Müslüm Maqomayev və Qara Qarayev kimi Azərbaycan musiqisinin görkəmli nümayəndələrin obrazları ilə tanış etdi.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...